IMG-LOGO

Beyləqanda QƏZA: Avtomobil ağaca çırpıldı

04 Jul 2024 09:44 231 baxış
IMG

Beyləqan rayonunda avtomobil ağaca çırpılıb, ölən və yaralanan var.

Lent.az-ın məlumatına görə, hadisə Mil qəsəbəsi istiqamətində qeydə alınıb.

1987-ci il təvəllüdlü Vəliyev Hafiz Fəyyaz oğlunun idarə etdiyi “Khazar LX Minik" markalı avtomobili idarəetməni itirərək ağaca çırpılıb. Nəticədə H.Vəliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb, həmin avtomobildə sərnişin qismində olan 1996-cı il təvəllüdlü Kazımov Münsif Şahin oğlu isə aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilib.

Faktla araşdırılır.

Mənbə: lent.az

Xəbər lenti