IMG-LOGO

Amerikalılar həqiqətən aya eniblər - Ruslar təqdislədi

04.07.2024 05:44 100 baxış
IMG

Amerikalıların Aya endikdən sonra alimlərə təhvil verdikləri torpağın Yerin təbii peykindən olduğu məlum olub.

Lent.az xəbər verir ki, bu barədə iyulun 3-də Rusiya Federal Kosmik Agentliyi olan Roskosmosun rəhbəri Yuri Borisov məlumat verib.

“Amerikalıların Ayda olub-olmamasına gəlincə. Məndə bircə fakt var, bu məsələ məni maraqlandırırdı. Vaxtilə bu ekspedisiya zamanı kosmonavtların gətirdiyi Ay torpağının bir hissəsini bizə vermişdilər”, – deyə o bildirib.

Borisovun sözlərinə görə, torpağın tədqiqi sübut edib ki, amerikalılar həqiqətən də Yerin peykində olublar.

Xəbər lenti