IMG-LOGO

Naxçıvanda hamilə qadını İLAN SANCDI

03.07.2024 00:16 10 baxış
IMG

Naxçıvanda hamilə qadını ilan vurub.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Qaraçuq kəndində baş verib.

İlan kənd sakini, 1999-cu il təvəllüdlü Məmiyeva Aidə Kərim qızını vurub.

O, Naxçıvan Muxtar Respublika Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağırdır.

Xəbər lenti