IMG-LOGO

Mehdiabadda DƏHŞƏT: başından vurulan kişi öldü - YENİLƏNİB

22 Jul 2026 13:03 2 baxış
IMG
6 1

Mehdiabdda kişinin yıxılaraq başından aldığı xəsarətdən öldüyü məlum olub. 

Lent.az-ın əldə etdiyi məlumata görə, Namiq Nuruşov sərxoş vəziyyətdə yıxılıb. Nəticədə o, başından aldığı xəsarətdən ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir. 

***

saat 10:43

Abşeronda müəmmalı ölüm hadisəsi baş verib.

Lent.az xəbər verir ki, hadisə Mehdiabad qəsəbəsində qeydə alınıb. 

Sabirabad rayon sakini, 1987-ci il təvəllüdlü Namiq Əmrah oğlu Nuruşovun meyiti tapılıb.

İlkin müayinə zamanı onun baş nahiyəsində xəsarətlər aşkar edilib.

Araşdırmalar Abşeron rayon prokurorluğu tərəfindən aparılır.

Hadisələr

Mənbə: lent.az

Xəbər lenti