IMG-LOGO

Türkiyə Avropa çempionatının 1/4 finalına YÜKSƏLDİ

03.07.2024 00:55 9 baxış
IMG

Futbol üzrə Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində Avstriya və Türkiyə milli komandaları üz-üzə gəlib.

Lent.az xəbər verir ki, gərgin şəraitdə keçən qarşılaşmada “ay ulduzlular” rəqiblərindən üstün olublar – 1:2.

Qarşılaşmada hesab ilk dəqiqədə açılıb. Künc zərbəsindən sonra yaranan qarışıqlıqdan Merih Demirel istifadə edərək hesabı açıb.

Oyunun 59-cu dəqiqəsində isə Arda Gülərin künc zərbəsindən yerinə yetirdiyi ötürmədən sonra Merih Demirel özünün və komandasının ikinci qoluna imza atıb. 

Avstriya millisinin təsəlli qolunu oyunun 66-cı dəqiqəsində Mixael Qreqoriç vurub. 

Bununla da Türkiyə milli komandası Avropa çempionatının ¼ final mərhələsinə yüksəlib.

Xəbər lenti