IMG-LOGO

Niderland Rumıniyanı məğlub edərək ¼ final mərhələsinə çıxdı

02.07.2024 22:03 7 baxış
IMG

Futbol üzrə Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində Rumıniya və Niderland milli komandaları üz-üzə gəlib.

Lent.az xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən qarşılaşmada Niderland millisi rəqibini məğlub edib – 0:3.

Oyunda hesabı 20-ci dəqiqədə Kodi Hakpo açıb.

Matçın ikinci qolunu 83-cü dəqiqədə Daniell Malen vurub.

90+3-cü dəqiqədə Daniell Malen ikinci dəfə fərqlənərək qarşılaşmanın yekun nəticəsini müəyyənləşdirib.

Bununla da Niderland milli komandası Avropa çempionatının ¼ final mərhələsinə yüksəlib.

Xəbər lenti