IMG-LOGO

120 saniyəyə necə yuxuya getmək olar?

02.07.2024 17:33 8 baxış
IMG

120 saniyəyə yuxuya getməyin yolu məlum olub.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, bu texnika pilotların istənilən yerdə yatmasına kömək etmək üçün ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən yaradılıb.

Texnika tam istirahətə nail olmağa yönəlib və 96% təsirli olur.

1. Dil və çənə də daxil olmaqla üz əzələlərini və göz ətrafındakı əzələləri rahatlaşdırın. 

2. Dərin nəfəs al.

3. Çiyinləriniz, qollarınız və əllərinizdəki gərginliyi azad edin. Dərin nəfəs almağa davam edin.

4. Sinənizi və mədənizi rahatladın.

5. Bütün bədəniniz rahatlaşdıqdan sonra zehninizi tamamilə təmizləyin. 

Bu texnikanı yerinə yetirmək olduqca çətin görünə bilər, lakin mütəxəssislər deyirlər ki, yuxarıda göstərilən hər şeyi bir-bir etsəniz daha yaxşı və daha sürətli nəticə verəcək.

Xəbər lenti