IMG-LOGO

Tez və inanılmaz dadlı şam yeməyi: Kartoflu skumbriya

02.07.2024 17:46 10 baxış
IMG

Sevdiyiniz ədviyyatları əlavə edərək çox dadlı şam yeməyi hazırlaya bilərsiniz.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, bu şam yeməyini təkcə dadına görə deyil, həm də hazırlanma asanlığına görə sevəcəksiniz.

Lazım olan ləvazimatlar

Skumbriya - 1 əd. qaynadılmış kartof - 400 q Pomidor - 2 əd. Soğan - 1 əd. Göyərti – istəyə görə

Marinad üçün:

keşniş - 1 ç.q. Balıq üçün ədviyyat - 1 ç.q Paprika - 1 x.q. Duz, bibər  Bitki yağı - 2 yemək qaşığı. 

Hazırlanması:

Skumbriyaları təmizləyin və iki yerə kəsin. Ətin üzərində xaç şəklində kəsiklər edin. Bu, marinadın balığı daha yaxşı doyurması üçün lazımdır.

Bişmiş kartofu yarıya bölün və perqament kağızına qoyun. Pomidorları yarıya, soğanı isə yarım halqalara kəsin. Tərəvəzləri kartofa əlavə edin, duz, istiot və bitki yağı əlavə edin. Skumbriyanı kartof və tərəvəzin üstünə qoyun.

Keşniş, balıq ədviyyatı, paprika, duz, istiot və bitki yağı qarışdıraraq marinad hazırlayın. Skumbriyanı marinadla örtün və 200 dərəcədə 20 dəqiqə bişirin. Hazır yeməyi göyərti ilə bəzəyə bilərsiniz.

Nuş olsun!

Xəbər lenti