IMG-LOGO

“Başqasının ərinə “ərim” deyir”- Afət Fərmanqızı

02.07.2024 13:49 9 baxış
IMG

Müğənni Afət Fərmanqızı qadın həmkarını efirdə rüsvay edib. 

Lent.az-ın xəbərinə görə, müğənni qatıldığı teleproqramda bildirib ki, qadın həmkarları varlı və ailəli kişilərlə eşq yaşayırlar və onlara alınan bahalı əşyalarını efirdə nümayiş etdirirlər. 

“O qadın müğənnilər efirə çıxıb başqasının ərini öz əri  kimi təqdim edirlər. Əgər sən o kişiyə həyat yoldaşım deyirsənsə, nikah şəhadətnaməsini çıxar, göstər. O kişidən dünyaya gələn uşaqlar da qeyri-qanunidir. O kişilərin qanuni arvadlarının üstünə dəfələrlə təcili yardım maşınları gedir. O qadın ifaçılar efirə çıxıb onların ərlərinin aldıqları bahalı telefonlar, xəz dəriləri, evi göstərib acıq verirlər. Daş o kişinin başına ki, uşaqlarının anasını o cür sındırır", - deyən müğənni ərinə də mesaj göndərib.

"Əgər mənim həyat yoldaşım başıma bu oyunu açsa, o uduzacaq. Mən uduzmayacağam, çünki mənim karyeram var. Bu dəqiqə mən başqa bir sahədə iş qurmağa başlayıram. Özümü heç zaman nə övladdan, nə də ki, ərdən asılı edərəm. Kişi bilsə ki, qadın ondan asılı deyil,  heç zaman onunla bu cür davranmayacaq”, -  Afət  Fərmanqızı bildirib. 

 

Xəbər lenti