IMG-LOGO

Şəmkirdə DƏHŞƏT: tilov balıqçının ürəyini deşdi

17.06.2024 18:40 100 baxış
IMG

Şəmkirdə balıqçı faciəvi şəkildə ölüb.

Lent.az-ın məlumatına görə, hadisə Kür qəsəbəsinin ərazisində yerləşən Yenikənd Su Elektrik Stansiyasında baş verib.

Gəncə şəhər sakini 43 yaşlı Orxan Eldar oğlu Mamayev balıq ovlayan zaman ehtiyatsızlıqdan yıxılıb. Bu zaman bədbəxtlikdən onun əlində tilovun qarmaq hissəsi ürəyinə batıb. Nəticədə O. Mamayev yerindəcə keçinib.

Araşdırmalar aparılır.

Xəbər lenti