IMG-LOGO

Pomidoru qışa saxlamağın ən dadlı yolu – Belə qurudun

23 Jul 2026 10:14 2 baxış
IMG
0 0

Qış üçün ərzaq tədarükü görənlərin ən çox istifadə etdiyi üsullardan biri də pomidor qurutmaqdır. Düzgün qurudulan pomidor həm uzun müddət xarab olmur, həm də yeməklərə xüsusi ətir və dad qatır.

Lent.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, qurutmaq üçün tam yetişmiş, bərk və zədəsiz pomidorlar seçilməlidir. Pomidorlar yuyulduqdan sonra iki və ya dörd hissəyə bölünür, üzərinə az miqdarda duz səpilərək günəş altında və ya 100–110 dərəcə temperaturda sobada qurudulur. Quruma prosesində pomidorların vaxtaşırı çevrilməsi daha bərabər nəticə əldə etməyə kömək edir. 

Tam quruduqdan sonra pomidorlar otaq temperaturunda soyudulmalı, daha sonra hava keçirməyən şüşə qabda saxlanmalıdır. İstəyə görə, onların üzərinə zeytun yağı, sarımsaq və kəklikotu əlavə etmək də mümkündür. Bu üsulla hazırlanan qurudulmuş pomidorlar salatlarda, makarnalarda, pizzalarda və müxtəlif isti yeməklərdə istifadə oluna bilər.

 

pomidor pomidor qurutmaq qış tədarükü mətbəx faydalı məsləhət qurudulmuş pomidor qida ev üsulları

Mənbə: lent.az

Xəbər lenti