Lent.az -ın "Bir sual, bir cavab" rubrikasının bu dəfəki mövzusu aliment verməyən ataların məsuliyyəti ilə bağlıdır.
Aliment ödəməli olan ata bu öhdəliyi yerinə yetirmirsə, ananın müraciət edəcəyi ilk ünvan vəziyyətdən asılıdır. Əgər alimentin tutulması barədə hələ məhkəmə qərarı yoxdursa, ilk növbədə uşağın yaşayış yeri üzrə rayon və ya şəhər məhkəməsinə müraciət edilməlidir.
Məhkəməyə təqdim olunan iddia ərizəsinə uşağın doğum haqqında şəhadətnaməsi, valideynlərin nikah və ya boşanma sənədi, uşağın ana ilə yaşadığını təsdiqləyən arayış və digər zəruri sənədlər əlavə olunur. Valideynlərin rəsmi nikahda olmaması atanın aliment ödəmək məsuliyyətini aradan qaldırmır. Atalıq rəsmən müəyyən edilibsə, aliment tələb etmək mümkündür.
Əgər alimentlə bağlı məhkəmə qərarı artıq varsa, lakin ata pulu ödəmirsə, yenidən məhkəməyə iddia verməyə ehtiyac yoxdur. Bu halda məhkəmə qərarı və icra sənədi ilə aidiyyəti rayon üzrə icra və probasiya şöbəsinə müraciət edilməlidir. Qanunvericiliyə əsasən, məhkəmə qərarlarının məcburi icrasını icra məmurları həyata keçirirlər.
İcra məmuru borclunun gəlirlərini, iş yerini, bank hesablarını və əmlakını araşdıra, aliment borcunu hesablaya və borcun məcburi qaydada tutulması üçün tədbirlər görə bilər. Borclunun əməkhaqqından və digər gəlirlərindən tutulma aparılması, əmlakına həbs qoyulması və ölkədən çıxış hüququnun müvəqqəti məhdudlaşdırılması mümkündür.
Ata məhkəmə qərarını qəsdən və davamlı şəkildə icra etmədikdə onun barəsində inzibati, müəyyən hallarda isə cinayət məsuliyyəti məsələsi qaldırıla bilər. İcra məmuru tədbir görmürsə, onun hərəkətindən və ya hərəkətsizliyindən yuxarı icra qurumuna, Ədliyyə Nazirliyinə və yaxud məhkəməyə şikayət verilə bilər. Buna görə aliment verilmədikdə ilk addım məhkəmə qərarının olub-olmadığını müəyyənləşdirməkdir. “İcra haqqında”
aliment aliment borcu aliment ödəməyən ata uşaq alimenti məhkəmə qərarı icra məmuru valideyn məsuliyyəti uşaq hüquqları hüquqi yardım şikayət qaydası
Mənbə: lent.az