IMG-LOGO

Sabah iki rayon susuz qalacaq

17 Jun 2024 15:28 133 baxış
IMG

Sabah Bakının Nərimanov və Nəsimi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Lent.az xəbər verir ki, bu barədə “Azərsu” ASC məlumat yayıb. Qeyd edilib ki, iyulun 18-də gecə saatlarından başlayaraq gün ərzində sözügedən ərazilərdə məhdudiyyətlər olacaq.

Qeyd edilib ki, suyun verilməsindəki məhdudiyyət yeni parkın tikintisi layihəsi çərçivəsində ərazidən keçən magistral su xəttinin köçürülməsi və yenidən qurulması işləri ilə əlaqədardır. 

Mənbə: lent.az

Xəbər lenti