IMG-LOGO

İki yaşlı qız 8-ci mərtəbədən yıxılıb öldü

17 Jun 2024 11:17 95 baxış
IMG

Rusiyanın Çelyabinsk vilayətində iki yaşlı uşaq binadan yıxılaraq restoranın tavanına düşüb.

Lent.az yerli KİV-ə istinadla bildirir ki, hadisə Çaykovski küçəsində yerləşən çoxmərtəbəli binada baş verib. Uşaq səkkizinci mərtəbədəki eyvandan yıxılıb. Onu xilas etmək mümkün olmayıb.

Hüquq-mühafizə orqanları hadisə zamanı qızın valideynlərinin harada olduğunu müəyyən etmək üçün hadisə ilə bağlı araşdırma aparır.

Xəbər lenti