TƏBİB jurnalist Sərxan Kamallının ölümü ilə bağlı məlumat yayıb.
Qurumdan Lent.az-a verilən məlumatda bildirilir ki, 41 yaşlı jurnalist Sərxan Kamallı iyunun 16-da saat 06:25-də insult səbəbilə Xətai Tibb Mərkəzin Reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib.
Həkimlərin səylərinə və çoxsaylı tibbi müdaxilələrə baxmayaraq, iyunun 17-i 07:15-də beyindaxili qansızma, soltərəfli hemiplegiya, baş-beyin ödəmi, ağciyər ödemi səbəbindən dünyasını dəyişib.
***
09:19
Tanınmış jurnalist Sərxan Kamallı vəfat edib.
Lent.az xəbər verir ki, bu barədə onun iş yoldaşları məlumat yayıblar.
Bildirilib ki, ötən gün insult keçirən və komatoz halında Xətai Tibb Mərkəzinə yerləşdirilən jurnalist dünyasını dəyişib.
Qeyd edək ki, Sərxan Kamallı jurnalistika fəaliyyətinə 2008-ci ildə ANS-də başlayıb.
O, bir müddət APA ilə də əməkdaşlıq edib.
Allah rəhmət eləsin!
Mənbə: lent.az