IMG-LOGO

"Roma"nın sahibi "Everton" üçün 475 milyon ödəyəcək

16.06.2024 13:25 13 baxış
IMG

“Roma”nın sahibi Den Fridkin “Everton”u 475 milyon avroya alacaq.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, mənbənin məlumatına görə, Fridkin sövdələşmə nəticəsində İngiltərə klubunun hazırkı sahibi Fərhad Moşiriyə məxsus səhmlərin 94,1 faizini alacaq.

Premyer Liqa müqaviləsinin nəzərdən keçirilməsi bir aydan çox vaxt aparacaq, lakin heç bir problem gözlənilmir.

Moşiri Direktorlar Şurasının sədri və “USM Holdings”in səhmdarıdır. O, 2016-cı ildə “Everton”un səhmlərini alıb.

Friidkinin şirkəti “Friedkin Group” 2020-ci ilin avqustunda “Roma”nın sahibi olub. KİV-in məlumatına görə, əməliyyat məbləği təxminən 600 milyon avro təşkil edib.

 

Xəbər lenti