IMG-LOGO

"Neftçi" yoxlama matçında Çin klubuna qalib gəlib

16 Jan 2026 18:57 3 baxış
IMG

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə təlim-məşq toplanışında olan "Neftçi" sonuncu yoxlama oyununu keçirib.

"Report"un məlumatına görə, Çinin "Çenqdu Ronqçenq" kollektivi ilə üz-üzə gələn "ağ-qaralar" 3:1 hesablı qələbəyə seviniblər.

Bakı klubunun qollarını Andrey Ştoqrin (9), Bassala Sambu (29) və İqor Ribeyro (53) vurublar.

"Ağ-qaralar" daha əvvəl Misir təmsilçisi "Piramids"lə heç-heçə (1:1) edib. Qazaxıstanın "Kayrat" komandasını üç cavabsız qolla üstələyib.

Xəbər lenti