IMG-LOGO

Premyer Liqa: "Turan Tovuz" təxirə salınmış oyunda "Qəbələ"ni məğlub edib

24 Feb 2026 16:54 2 baxış
IMG

"Turan Tovuz" Misli Premyer Liqasının XIV turundan təxirə salınmış oyunda qələbə qazanıb.

"Report"un məlumatına görə, Kurban Berdıyevin baş məşqçisi olduğu kollektiv səfərdə "Qəbələ" ilə üz-üzə gəlib.

Qəbələ şəhər stadionunda gerçəkləşən qarşılaşma qonaqların inamlı qalibiyyəti ilə yekunlaşıb - 3:0.

Tovuz təmsilçisinin qollarını 9-cu dəqiqədə Alexandro Serrano, 18-ci dəqiqədə Filip Ozobiç vurub, 47-ci dəqiqədə Seydina Keyta avtoqol müəllifi olub.

Bu nəticədən sonra xallarının sayını 40-a çatdıran "Turan Tovuz" üçüncü pillədəki mövqeyini möhkəmləndirib. "Qəbələ" 15 xalla 10-cu sıradadır.

Xəbər lenti