IMG-LOGO

"Təzə Pir" məscidində bayram namazı qılınıb

16.06.2024 09:04 11 baxış
IMG

Qurban bayramı münasibətilə "Təzə Pir" məscidində bayram namazı qılınıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, 16-17 iyun tarixlərində Azərbaycanda Qurban bayramı qeyd olunur.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının 32/105 saylı 27 may 2024-cü il tarixli məktubuna əsasən, Azərbаycаn üfüqündə Hilalın görünməsinəuyğun olaraq Qurbаn bаyrаmı Zül-hiccə ayının 10-na – Miladi təqvimlə 16 iyun tarixinə təsadüf edir.

Qeyd edək ki, Qurban kəsimi 16 iyun tarixindən başlayaraq 3 gün davam edə bilər.

Xəbər lenti