IMG-LOGO

Fillərdə insana bənzər özəllik - Bir-birini adı ilə çağırırlar

16.06.2024 07:13 11 baxış
IMG

Alimlər fillərin insanlara bənzəyən başqa bir davranışını aşkar ediblər.

Lent.az xəbər verir ki, alimlərin apardığı araşdırma nəticəsində fillərin də bir-birini öz adları ilə çağırdığı məlum olub.

Kolorado Universitetinin tədqiqatçıları Keniyada fillərin 470 səsini, o cümlədən müxtəlif gurultu və uğultuları qeydə alıblar.

Mütəxəssislərdən ibarət qrup qeydə aldıqları səslərin hər birinin özünəməxsus olduğu qənaətinə gəlib. Daha sonra qeydə alınan səsi çoxlu fillər olan yerdə yenidən səsləndiriblər. Nəticədə həmin səsə uyğun gələn fil səsə reaksiya verib.

Xəbər lenti