IMG-LOGO

Şotlandiya və Almaniya azarkeşləri arasında "pivə dueli" keçirildi - VİDEO

15.06.2024 17:32 10 baxış
IMG

Məlum olduğu kimi, Almaniya yığması Avro-2024-ün açılış oyununda Şotlandiya üzərində inamlı qələbə qazanaraq, 5:1 hesabı ilə qələbə qazanıb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, görüş ərəfəsində şotlandiyalı azarkeşlər Münhen küçələrini dolduraraq bayram ediblər, hətta yerli kafelərdən birində pivə ehtiyatlarını boşaldıblar. Şotlandiyalı pərəstişkarlarla almanlar arasında "pivə dueli" də keçirilib. Müsabiqənin mahiyyəti bir stəkan pivəni kimin daha tez içməsi olub.

Şotlandiyalı fanatlardan biri bunu səkkiz saniyəyə edə biləcəyini söyləyib. Bu zaman ondan müsahibə alan jurnalist Maks Mebus buna inanmayaraq, onun təklifini qəbul edib və "duel"ə çıxıb.

Xəbər lenti