IMG-LOGO

Bloqqer Hüseyn Həsənov məhkəməyə verildi - milyonlarla borcu var

15.06.2024 16:14 10 baxış
IMG

Rusiyada yaşayan azərbaycanlı bloqqer Hüseyn Həsənov vergi ilə bağlı proseslərə cəlb oluna bilər.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, ona qarşı Moskva Vergi Müfəttişliyi müvafiq iddia qaldırıb. Məlumata görə, Həsənovun Federal Vergi Xidmətinə 144 milyon rubl (təxminən 2 milyon 779 min 200 manat) məbləğində borcu yığılıb. Hazırda bloqqerin özü başqa dövlətin ərazisindədir.

Bildirilir ki, vergi orqanları Həsənovun dörd bankdakı hesablarını bloklayıb.

Xəbər lenti