IMG-LOGO

Tofiq Yaqublunun məhkəməsi başladı

14 Jun 2024 14:58 100 baxış
IMG

Milli Şuranın üzvü Tofiq Yaqublunun məhkəməsi başlayıb.

Lent.az xəbər verir ki, proses Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilir. İclasa hakim Elnur nuriyev sədrlik edir.

Qeyd edək ki, T. Yaqublu Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə), 320-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham edilir.

Xəbər lenti