IMG-LOGO

Bu pulsuz məşq infarkt və bəzi xərçəng növlərinin riskini azalda bilər

23 Jul 2026 19:26 4 baxış
IMG
0 0

Sağlam və enerjili qalmaq üçün bahalı idman zalına üzv olmaq və ya ağır məşqlər etmək mütləq deyil. Britaniyalı həkim Amir Xanın sözlərinə görə, hər gün cəmi 30 dəqiqə gəzmək ürək sağlamlığını qorumağa, immuniteti gücləndirməyə və bir sıra xəstəliklərin riskini azaltmağa kömək edə bilər.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, televiziya həkimi Amir Xan bildirir ki, adi piyada gəzintisi həm fiziki, həm də psixoloji sağlamlıq üçün böyük fayda verir. Onun sözlərinə görə, elmi araşdırmalar müntəzəm gəzən insanların infarkt keçirmə riskinin daha aşağı olduğunu göstərir. Bundan əlavə, gündəlik gəzinti:

Arterial təzyiqi sabitləşdirir; Xolesterin səviyyəsinin normallaşmasına kömək edir; Qanda şəkərin səviyyəsini tənzimləyir; 2-ci tip diabet riskini azalda bilər. Oynaqları möhkəmləndirir

Bir çox insan uzun müddət yeriməyin dizlərə zərər verdiyini düşünsə də, mütəxəssis bunun əksini deyir. Gəzinti zamanı əzələlər möhkəmlənir, oynaqların hərəkəti yaxşılaşır və qan dövranı sürətlənir. Bu isə qığırdaq toxumasının daha yaxşı qidalanmasına kömək edir və yaş artdıqca yaranan osteoartrit və osteoporoz kimi problemlərin riskini azalda bilər. Həkimin sözlərinə görə, müntəzəm gəzinti yaşlandıqca hərəkət qabiliyyətini qorumağın ən sadə yollarından biridir.

Bəzi xərçəng növlərinin riskini azalda bilər

Araşdırmalar göstərir ki, həftədə ümumilikdə 2,5 saat orta intensivlikli fiziki aktivlik, o cümlədən adi tempdə piyada gəzmək bağırsaq, süd vəzi və böyrək xərçəngi riskinin azalması ilə əlaqələndirilir. Mütəxəssislər vurğulayırlar ki, fiziki aktivlik sağlam həyat tərzinin vacib hissəsidir və xərçəngdən tam qorunma təmin etməsə də, risk faktorlarını azaltmağa kömək edə bilər.

İmmuniteti gücləndirir

Açıq havada müntəzəm gəzinti immun sisteminə də müsbət təsir göstərir. Həkimin sözlərinə görə, bu vərdiş:

Stress hormonlarının səviyyəsini azaldır; Qan dövranını yaxşılaşdırır; Orqanizmdə iltihab proseslərini azaltmağa kömək edir; Daha keyfiyyətli yuxunu dəstəkləyir.

Bütün bunlar birlikdə orqanizmin virus və infeksiyalara qarşı müqavimətini artırır.

Stresslə mübarizədə də təsirlidir

Amir Xan bildirir ki, gəzinti zamanı orqanizmdə əhval-ruhiyyəni yaxşılaşdıran endorfin hormonları ifraz olunur. Bu, narahatlıq, emosional gərginlik və xroniki yorğunluğun azalmasına kömək edə bilər. Həkim qeyd edir ki, gəzinti bütün problemləri həll etməsə də, insanın özünü daha sakit və rahat hiss etməsinə şərait yaradır.

Yeni başlayanlar üçün tövsiyələr

Mütəxəssis gəzintiyə yeni başlayanlara ilk gündən uzun məsafələr qət etməməyi məsləhət görür. O, gəzinti müddətini tədricən artıraraq gündəlik 30 dəqiqəyə çatdırmağı tövsiyə edir. Həmçinin park və ya meşəlik ərazilərdə gəzmək təbiətlə təmas sayəsində əlavə psixoloji rahatlıq və müsbət təsir göstərə bilər.

Sağlıq sağlamlıq ürək sağlamlığı

Mənbə: lent.az

Xəbər lenti