IMG-LOGO

Azərbaycanlı biznesmen bu ticarət mərkəzini aldı

04 Sep 2026 11:45 2 baxış
IMG
2 0

Azərbaycanlı biznesmen ticarət mərkəzini alıb.

Lent.az xəbər verir ki, söhbət “Qazprombank-invest” MMC-nin balansında olan “Qorod Kosino” ticarət mərkəzindən gedir.

Qeyd olunur ki, “Qazprombank-invest” MMC-ni Azərbaycanın “AF Holding” şirkətinin təsisçisi Azay Möhnətovun oğlu Aqil Möhnətova məxsus “Afkap” MMC alıb.

Ümumi sahəsi 130 min kvadratmetr olan “Qorod Kosino” ticarət mərkəzi 2021-ci ilin sonunda açılıb. Obyektin developeri TEN qrupu olub. Qrup bir il əvvəl layihəyə tərəfdaş qismində “Qazprombank-invest”i cəlb edib.

iqtisadiyyat xəbərləri Rusiya azərbaycanlı azərbaycanlı biznesmenlər azərbaycanlı iş adamları ticarət mərkəzləri

Mənbə: lent.az

Xəbər lenti