IMG-LOGO

Kanar adaları sahillərində təxminən 80 miqrant öldü

04 Sep 2026 04:31 3 baxış
IMG
0 0

Qərbi Afrikadan yola çıxan miqrant qayığının Qran-Kanariya adası sahillərində qəzaya uğraması nəticəsində təxminən 80 nəfərin öldüyü bildirilir.

Lent.az xəbər verir ki, bu barədə İspaniyanın Dəniz Xilasetmə Xidməti məlumat yayıb.

Məlumata görə, qayıqda ümumilikdə 128 nəfər olub. Onların bir hissəsini xilas etmək mümkün olub.

Qayıq avqustun 7-də Qambiyadan yola çıxıb və 27 gün sonra Qran-Kanariyanın cənub sahilləri yaxınlığında aşkarlanıb. Xilasedicilər gecə yarısı qayığa çataraq sağ qalanları Arqinegin limanına təxliyə ediblər.

Xilasedicilər hadisə yerinə çatarkən qayıqda azı beş nəfərin meyiti olub. Dənizdə əlverişsiz hava şəraiti səbəbindən digər ölənlərin bir çoxunun cəsədini çıxarmaq mümkün olmayıb.

kANAR adaları miqrant

Mənbə: lent.az

Xəbər lenti