IMG-LOGO

NASA-nın yeni “gözü” kosmosa çatır: milyardlarla qalaktikanı araşdıracaq

04 Sep 2026 03:37 2 baxış
IMG
0 0

NASA-nın yeni nəsil “Nancy Grace Roman” kosmik teleskopu avqustun 30-da uğurla kosmosa buraxılıb.

Lent.az xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb.

Teleskop Floridadakı Kennedi Kosmik Mərkəzindən SpaceX-in “Falcon Heavy” raketi ilə orbitə göndərilib.

Roman teleskopu Günəş sistemindən kənardakı planetləri axtaracaq, qaranlıq maddə və qaranlıq enerjini araşdıracaq. Alimlər yeni teleskopun kainatın indiyədək müşahidə etməkdə çətinlik çəkdiyimiz böyük hissələri haqqında məlumat verəcəyinə ümid edirlər.

nasa

Mənbə: lent.az

Xəbər lenti