IMG-LOGO

Kənd təsərrüfatında süni intellektdən istifadə ediləcək

03 Sep 2026 07:14 3 baxış
IMG
0 0

 

ABŞ Kənd Təsərrüfatı Nazirliyi (USDA) məhsul sahələrinin və məhsuldarlığın daha dəqiq hesablanması üçün peyk görüntüləri və süni intellektdən istifadə edən pilot layihəyə başlayıb.

Lent.az xəbər verir ki, layihə NASA və digər federal qurumlarla əməkdaşlıq çərçivəsində həyata keçiriləcək. Süni intellekt və maşın öyrənməsi texnologiyaları əkin sahələri barədə məlumatların daha sürətli və dəqiq toplanmasına kömək edəcək.

Bu addım fermerlərin USDA-nın məhsul proqnozlarının dəqiqliyi ilə bağlı artan narazılıqları fonunda atılıb.

Nazirlik hesab edir ki, yeni texnologiyalar məlumatların toplanması prosesini müasirləşdirə və kənd təsərrüfatı bazarındakı proqnozları yaxşılaşdıra bilər.

Qeyd olunur ki, 2025-ci ildə məhsul proqnozları ilə bağlı problemlər taxıl qiymətlərinə və fermerlərin gəlirlərinə təsir göstərmişdi.

Yeni sistem vasitəsilə peyklərdən əldə edilən məlumatların süni intellektlə təhlili nəzərdə tutulur.

kənd təsərrüfatı süni intellekt

Mənbə: lent.az

Xəbər lenti