IMG-LOGO

Honor 8100 mAh batareyalı 600S 5G modelini təqdim etdi

01 Sep 2026 04:01 6 baxış
IMG
0 0

Honor 8 100 mAh tutumlu batareyaya malik yeni orta seqment smartfonu Honor 600S 5G-ni təqdim edib.

Lent.az xəbər verir ki, telefon 45 Vt sürətli şarjı dəstəkləyir və Snapdragon 4 Gen 4 prosessoru, 8 GB RAM və “MagicOS” 10 əməliyyat sistemi ilə təchiz olunub.

Smartfonda süni intellekt üçün xüsusi fiziki düymə yerləşdirilib. Bu düymə vasitəsilə obyektlərin silinməsi, axtarış və mətnlərin xülasələndirilməsi kimi funksiyalara bir toxunuşla daxil olmaq mümkündür.

Honor 600S 5G 6,87 düymlük 120 Hz ekran və 50 meqapiksellik əsas kamera ilə təchiz edilib.

Cihaz 2,5 metr hündürlükdən düşmələrə davamlıdır və IP68, IP69, IP69K sertifikatlarına malikdir.

Smartfonun başlanğıc qiyməti təxminən 255 dollar təşkil edir.

 

honor

Mənbə: lent.az

Xəbər lenti