IMG-LOGO

Bruno Fernandeş karyerasını Almaniyada davam etdirə bilər

03 Jun 2024 19:01 135 baxış
IMG

"Mançester Yunayted"in yarımmüdafiəçisi Bruno Fernandeş karyerasını Almaniyada davam etdirə bilər. 

Lent.az bildirir ki, bu barədə “O Jogo” məlumat yayıb.

Mənbənin məlumatına görə, "Bavariya" portuqaliyalı ilə maraqlanır. Artıq Almaniya klubunun rəhbərliyi 29 yaşlı futbolçunun agenti ilə əlaqə saxlayıb.

"Barselona" da Bruno Fernandeşlə maraqlanır, lakin kataloniyalılar hələ danışıqlara başlamayıb. Portuqaliyalı yarımmüdafiəçinin "Mançester Yunayted"lə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.  

Mənbə: lent.az

Xəbər lenti