IMG-LOGO

Oğuzda kafe yandı - FOTOLAR

24 Jul 2026 10:20 2 baxış
IMG
0 0

Oğuzda kafe yanıb. 

Lent.az xəbər verir ki, bu gün səhər saatlarında Oğuz şəhəri ərazisində Elşən Kərimova məxsus, lakin Rəsul Məmmədsadovun işlətdiyi kafedə yanğın baş verib.

Yanğın nəticəsində kafenin yanar konstruksiyaları içərisində olan əşya və avadanlıqlarla birlikdə yanıb.

Yanğın zamanı xəsarət alan olmayıb.

İlkin ehtimala görə yanğına səbəb elketrik naqillərində baş verən qısaqapanma olub.

Yanğının söndürülməsi üçün əraziyə Oğuz rayon Dövlət Yanğından Mühafizə Hissəinin texnikası və şəxsi heyəti cəlb olunub. 

Faktla bağlı araşdırma aparılır.

Vüqar Heydərov

Hadisələr yanğın Oğuzda hadisə

Mənbə: lent.az

Xəbər lenti