IMG-LOGO

"İdrak" liseyində müəllimi güllələyən şagirdin məhkəməsi qapalı keçirilir

24 Jul 2026 10:41 2 baxış
IMG
1 0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə Bakıda "İdrak" liseyində müəllimi güllələməkdə təqsirləndirilən şagird Ə.Ş-nin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, zərərçəkənin vəkili vəsatət verərək, ötən prosesdən sonra bəzi xəbər saytlarında zərərçəkənin şəkilinin çəkilməsinin onun şəxsiyyətinə müdaxilə olmasını əsas gətirərək, bundan sonrakı proseslərin qapalı keçirilməsini məhkəmədən istəyib.

Qısa müşavirədən sonra hakim Vüqar Quliyev vəsatəti əsassız hesab etməsinə baxmayaraq, ədalətli mühakimə və şəxslərin sərbəst ifadə verə bilməsi səbəbindən  prosesin qismən qapalı keçirilməsi barədə qərar verib.

Hazırda qapalı keçirilən iclasda tərəflər ifadə verir. Xatırladaq ki, hadisə 2026-cı ilin fevralın 6-da paytaxtın Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyində baş verib.

Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumata görə, məktəbdə şagird tərəfindən odlu silahdan atəş açılmaqla müəllimə xəsarət yetirilməsi faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub. Hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb. Fevralın 7-si Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (Xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

Hadisələr

Mənbə: lent.az

Xəbər lenti