Türkiyəli aktrisa Melisa Döngel yay mövsümünün dadını çıxarmaq üçün Bodruma üz tutub.
Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, məşhur aktrisa bacısı Elif Döngel və rəfiqəsi ilə birlikdə Cənnət körfəzində görüntülənib. İsti havadan fürsət kimi istifadə edən Döngel günün böyük hissəsini dənizdə keçirib.
Əvvəlcə kanoe ilə dəniz gəzintisinə çıxan aktrisa daha sonra suyun ortasında yerləşən körpüdə dincəlib. Bu zaman səslənən musiqinin ritminə qoşulan Melisa Döngel rəqs etməyə başlayıb. Onun şən və enerjili anları fotoqrafların diqqətindən yayınmayıb.
Bacısı və rəfiqəsi ilə söhbətləşib əylənən aktrisanın yüksək əhvalda olduğu müşahidə edilib. Sadə görünüşü və təbii davranışları ilə diqqət çəkən Melisa Döngel dənizdə keçirdiyi vaxt ərzində kameralara səmimi görüntülər verib.
Yay mövsümünü Bodrumda açan məşhur aktrisanın yaxın günlərdə də tətilini burada davam etdirəcəyi bildirilir. Onun dənizdə rəqs etdiyi şən anlar sosial şəbəkələrdə də maraqla qarşılanıb.
Melisa Döngel Bodrum Cənnət körfəzi yay tətili dəniz kanoe məşhur aktrisa Türkiyə maqazini Elif Döngel tətil görüntüləri




Mənbə: lent.az