IMG-LOGO

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? - Problemi belə həll edin

20 Jan 2026 02:37 5 baxış
IMG
0 0

“Windows 11” üçün 2026-cı ilin yanvarında yayımlanan KB5073455 təhlükəsizlik yeniləməsi bəzi kompüterlərdə gözlənilməz problemlərə səbəb olub.

Lent.az xəbər verir ki, yeniləməni quraşdıran istifadəçilər sistemi söndürmək və ya yuxu rejiminə keçirmək istədikləri zaman kompüterin yenidən başladığını bildiriblər.

Problem yalnız “Təhlükəsiz Başlatma” funksiyası aktiv olan “Windows 11 Enterprise” və “IoT” versiyalarında müşahidə olunur.

“Microsoft” daimi düzəliş çıxarana qədər istifadəçilərə CMD üzərindən “shutdown /s /t 0” əmri ilə kompüteri söndürməyi tövsiyə edir.

Eyni yeniləmədən sonra bəzi “Outlook” istifadəçilərində də donma və çökmə problemləri qeydə alınıb.

Windows 11

Xəbər lenti