IMG-LOGO

Fotolarından çox danışılmışdı: Hadisədən AÇIQLAMA

03 Jun 2024 14:59 210 baxış
IMG

Türkiyəli məşhur müğənni Hadisə Kerem Bürsinlə bağlı çıxan eşq iddialarına aydınlıq gətirib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, tətildə keçirdiyi xoş anları sosial media hesabında yayımlayan 38 yaşlı müğənninin Bodrum kadrları olduqca diqqət çəkib.

Bir müddətdir adı eşq dedi-qodularında hallanan Kerem Bürsinlə Hadisə Bodrumda bir araya gəlib. Bürsinlə çəkdirdiyi fotonu yayımlayan Hadisə, "Dostum" deyərək, onlar haqqında yayılan sevgi dedi-qodularını yalanlayıb.

Hadisə Kerem Bürsinlə heç vaxt düşünüldüyü kimi sevgili olmadıqlarını bildirib.

Mənbə: lent.az

Xəbər lenti