IMG-LOGO

Robot Usain Boltun rekordunu keçdi — amma finişdə yıxıldı

25 Aug 2026 05:26 4 baxış
IMG
0 0

Çində keçirilən Dünya Humanoid Robot Oyunlarında robotlar 100 metr məsafəyə qaçışda Usain Boltun insan rekordunu geridə qoyublar.

Lent.az xəbər verir ki, bu barədə The Verge məlumat yayıb.

Tiangong Ultra adlı humanoid robot 100 metri 9,39 saniyəyə qət edib. Bu nəticə Usain Boltun 2009-cu ildə müəyyən etdiyi 9,58 saniyəlik dünya rekordundan daha sürətlidir. Digər robot Lightning isə məsafəni 9,47 saniyəyə başa vurub.

Amma robotların bir problemi hələ də qalır: sürətlə qaçdıqdan sonra dayanmaq. Yarışdan sonra bəzi robotlar finiş xəttində tarazlığını itirərək təhlükəsizlik baryerlərinə çırpılıblar.

çin robot

Mənbə: lent.az

Xəbər lenti