Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısesin Şanlıurfada doğulduğu ev muzeyə çevrilsə də, gözlənilən marağı görməyib.
Lent.az xəbər verir ki, Haliliye Bələdiyyəsi tərəfindən bərpa edilərək muzey kimi istifadəyə verilən məkanı iki il ərzində cəmi 250 nəfər ziyarət edib. Bu isə gün ərzində orta hesabla bir nəfərdən də az ziyarətçi deməkdir.
Ziyarətçi sayının aşağı olmasının dəqiq səbəbləri açıqlanmayıb. Muzeydə İbrahim Tatlısesin həyatı və yaradıcılığı haqqında müxtəlif məlumatlar və eksponatlar nümayiş etdirilir.
Məşhur müğənni daha əvvəl doğulduğu ev barədə danışarkən “Orada doğulduğum üçün fəxr edirəm” ifadəsini işlədib.
Muzeyə turist marağını artırmaq üçün yeni addımların atılıb-atılmayacağı hələlik məlum deyil.
maqazin xəbərləri İbrahim Tatlıses Şanlıurfa muzey Haliliye Türkiyə məşhur müğənni turizm maqazin xəbərləriMənbə: lent.az