IMG-LOGO

Türkdilli ölkələrin birgə çəkdiyi Molla Nəsrəddin haqqında film ilin sonuna qədər təqdim olunacaq

19 Feb 2026 13:51 2 baxış
IMG

Kino Agentliyi ilin sonuna qədər, ən azı, 6 filmin premyerasını həyata keçirəcək.

Bunu "Report"a müsahibəsində Azərbaycan Respublikasının Kino Agentliyinin baş direktoru Rəşad Əzizov deyib.

Onun sözlərinə görə, cari ilin ilk rübü üzrə uşaqlar üçün tarixi-macəra filmi olan "Akinak", daha sonra "Buzlar əriyəndə" filminin premyerasının təşkili nəzərdə tutulur.

"Eləcə də ən çox gözlənilən "44" bədii filminin təqdimatı da yaxın zamanlar üçün gözlənilir. Digər böyük layihələr də artıq yaxınlaşır. Məsələn, "Mənə bənzər adam", "Borc", "Molla Nəsrəddin: Çətin günlərimin dostu" filmlərinin də bu il ərzində təqdimatı baş tutacaq".

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Xəbər lenti