IMG-LOGO

ABŞ-İsrail – İran müharibəsi: Tehranda sağ qalan vəzifəlilər kimlərdi?

18 Mar 2026 17:33 8 baxış
IMG
0 0

Yaxın Şərqdə ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi genişmiqyaslı hərbi əməliyyatlar təkcə hərbi obyektləri deyil, həm də İranın siyasi və təhlükəsizlik elitasını hədəfə alıb.

Reuters, Fox News, Mehr, Al Jazera kimi beynəlxalq mənbələrin məlumatlarına əsasən, müharibə ərzində İran rəhbərliyində ciddi itkilər qeydə alınıb, lakin rejim hələ də fəaliyyətini davam etdirir.

Öldürülən yüksək rütbəli şəxslər

Müharibə başlayar-başlamaz İranın ali rəhbəri Əli Xameneini öldürüldü. Müharibə zamanı öldürüldüyü təsdiqlənən ən diqqətçəkən fiqurlardan biri İranın tanınmış siyasətçisi və təhlükəsizlik sisteminin əsas simalarından olan Əli Laricanidir. O, uzun illər parlament sədri olub, nüvə danışıqlarında mühüm rol oynayıb və ölkənin strateji qərarlarında təsirli fiqur sayılırdı.

Digər mühüm itki isə Bəsic qüvvələrinin komandanı Qulamrza Süleymanidir. Onun ölümü İranın daxili təhlükəsizlik sisteminə ciddi zərbə kimi qiymətləndirilir. Bəsic qüvvələri ölkədə etirazların qarşısının alınmasında və daxili nəzarətdə əsas rol oynayırdı.

Bundan əlavə, İranın kəşfiyyat naziri İsmayıl Xətibin öldürülüb.

SEPAH-daN (İran İnqilab Keşikçiləri Korpusu) öldürülən yüksək rütbəli şəxsləRin hamısını yazsaq siyahı böyüyər.

Öldürülən bəzi yüksək rütbəli şəxslərin adını təqdim edirik:

1. Qulamreza Soleimani

SEPAH-a bağlı Bəsic qüvvələrinin komandanı, Daxili təhlükəsizlik və etirazların yatırılması üçün əsas fiqur idi. Ölümü İran daxilində nəzarət mexanizminə ciddi zərbə sayılır

2. SEPAH generalları

Beynəlxalq mənbələrdə qeyd olunur ki, bir neçə SEPAH generalı və yüksək rütbəli zabit İsrail və ABŞ zərbələri zamanı öldürülüb. Onların bir hissəsinin adı təhlükəsizlik səbəbilə açıqlanmır.

Əsasən:

Raket proqramına cavabdeh şəxslər.

Hərbi koordinasiya rəhbərləri.

Regional əməliyyat komandirləri

3. Kəşfiyyat və təhlükəsizlik strukturlarına bağlı fiqurlar

SEPAH və kəşfiyyat strukturlarında çalışan yüksək rütbəli şəxslər də hədəf alınıb

Sağ qalan və hələ də aktiv olan yüksək vəzifəli şəxslər

Mövcud məlumatlara görə, İranın siyasi və hərbi rəhbərliyində hələ də aktiv olan əsas fiqurlar bunlardır:

* Müctəba Xamenei – ölkənin yeni ali lideri kimi göstərilir

* Abbas Əraqçi – xarici işlər naziri və beynəlxalq danışıqlarda əsas fiqur

* Məsud Pezeşkian – İran prezidenti

* Sadiq Ərdəşir Laricani və ya Amuli Laricani – Məsləhət Şurasının sədri

Bu şəxslər hazırda həm daxili idarəetməni qorumağa, həm də beynəlxalq təzyiqlər qarşısında ölkənin mövqeyini müdafiə etməyə çalışırlar.

 

İran müharibəsi ABŞ-İsrail hücumları Əli Laricani Qulamrza Süleymani Mojtaba Xamenei Abbas Əraqçi Məsud Pezeşkian İran itkiləri Yaxın Şərq Hörmüz boğazı Xark adası qlobal enerji bazarı İran siyasəti hərbi eskalasiya

Xəbər lenti