IMG-LOGO

Microsoft-un “ən böyük səhvi” açıqlandı: Kompüterlərdəki bu düymə köhnəlib

17 Aug 2026 15:56 3 baxış
IMG
5 0

“Microsoft”un Windows 11 kompüterlərinin klaviaturasına ayrıca “Copilot” düyməsi əlavə etməsi uğursuz qərar adlandırılıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, “Lenovo”, HP və digər istehsalçılar cihazlarını süni intellekt xidmətini açan bu düymə ilə təchiz etməli olublar. Lakin “Microsoft” sonradan “Copilot”un yeni versiyasını təqdim edərək xidmətin loqosunu dəyişib.

Nəticədə əvvəl alınmış kompüterlərin klaviaturasında köhnə nişan qalıb. Həmin düymə yeni “Copilot Super” əvəzinə adi “Copilot” tətbiqini işə salır. İstifadəçilərin narazılığından sonra şirkət düyməyə başqa funksiyalar təyin etməyə icazə verib.

 

Microsoft Windows 11 Copilot süni intellekt kompüter texnologiya klaviatura

Mənbə: lent.az

Xəbər lenti