IMG-LOGO

Ana azyaşlı qızı ilə birgə binadan yıxılıb öldü

22.05.2024 19:36 18 baxış
IMG

Rusiyanın Kalininqrad şəhərində ana yeddi yaşlı qızı ilə birlikdə dördüncü mərtəbənin pəncərəsindən yıxılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, qadın uşağı ilə Vaqonostroitelnaya küçəsində tək yaşayıb. Məlumata görə, 30 yaşlı yerli sakin narkotikdən istifadə edirmiş və qızın atası ilə ayrıldıqdan sonra vəziyyət xeyli pisləşib.

Bazar ertəsi gecə uşaqla birlikdə qadının meyiti binanın həyətində tapılıb. Meyitin üzərində çoxlu iynə izləri tapılıb, qız isə beyin silkələnməsi ilə rayon xəstəxanasına aparılıb.

Xəbər lenti