Yeni araşdırma bəzi gənc nəsillərdə bioloji yaşlanmanın sürətlənməsi ilə erkən başlayan xərçəng riski arasında əlaqə olduğunu göstərib.
Lent.az xəbər verir ki, Böyük Britaniyanın Biobank məlumat bazasında 154 mindən çox insanın məlumatları araşdırılıb.
Tədqiqatçılar daha sürətli bioloji yaşlanmanın xüsusilə ağciyər, mədə-bağırsaq və uşaqlıq yolu xərçəngləri ilə əlaqəli olduğunu müəyyənləşdiriblər.
ABŞ-dakı ayrıca məlumat bazasında aparılan yoxlamalar da nəticələrin bir hissəsini təsdiqləyib.
xərçəngMənbə: lent.az