Hərbi çağırışdan boyun qaçıran şəxslərin barəsində cinayət işi başlanıb.
Hərbi Prokurorluqdan Lent.az-a bildirilib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən daxil olmuş materiallar üzrə araşdırma aparılıb.
Nəticədə iki çağırışçının tibb müayinələrin nəticələrinə əsasən hərbi xidmətə yararlı hesab olunduqları halda, qanuni əsas olmadan növbəti hərbi çağırışdan boyun qaçırmaları faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Diqqətə çatdırılır ki, qanuni əsas olmadan hərbi çağırışdan boyun qaçıran şəxslərin barəsində ciddi tədbirlər görüləcək.
hərbi çağırış əsgərlik cinayət işləriMənbə: lent.az