IMG-LOGO

Atası ilə birləşib ərini öldürmüşdü, hər ikisinə HÖKM OXUNDU

15 Sep 2026 12:11 2 baxış
IMG
0 0

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Nəcəf Qafarov və Nuranə Məhərrəmovaya hökm oxunub. 

Lent.az xəbər verir ki, hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə tərkibi təqsirləndirilənlərdən Nəcəf Qafarovun 19 il, Nuranə Məhərrəmovanın 14 il, 6 ay müddətinə azadlıqdan məhrum edilməsini elan edib.

Qeyd edək ki, dövlət ittihamçısı təqsirləndirilənlər - Nəcəf Qafarovun 20 il, Nuranə Məhərrəmovanın 17 il azadlıqdan məhrum edilməsini təklif etmişdi.

Xatırladaq ki, hadisə ötən ilin aprelində baş verib. Baş Prokurorluğun yaydığı məlumata görə, 1988-ci il təvəllüdlü Ədil Məhərrəmovun paytaxtın Binəqədi rayonu ərazisində yerləşən fərdi yaşayış evində qəsdən öldürülməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub. Məlumatla əlaqədar, sonuncunun qaynatası Nəcəf Qafarov şübhəli şəxs qismində saxlanılıb.

İsitntaqla onun cinayəti qızı - mərhumun həyat yoldaşı Nuranə Məhərrəmova ilə birgə törətdiyi məlum olub. Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddələri ilə yekun ittiham elan olunub.

Hadisələr qətl kriminal xəbərlər kriminal hadisələr məhkəmə işləri məhkəmə qərarları cinayət işləri

Mənbə: lent.az

Xəbər lenti