Azərbaycan Mərkəzi Bankında (AMB) fintex ekosistemində institusional əsasların gücləndirilməsi müzakirə edilib.
"Report" bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, qurumun sədri Taleh Kazımov "Azərbaycan Fintex Assosiasiyası" (AzFina) İctimai Birliyinin üzvləri ilə görüş keçirib.
Görüşdə fintex ekosisteminin növbəti mərhələdə institusional əsaslarının gücləndirilməsi, sektorla AMB arasında əməkdaşlığın daha sistemli qurulması və 2027–2030-cu illər strateji çərçivəsi üzrə prioritet istiqamətlər müzakirə edilib. Eyni zamanda, maliyyə sisteminin bütövlüyünün qorunması, dələduzluq və qanunsuz əməliyyatlara qarşı nəzarət mexanizmlərinin daha da sərtləşdirilməsinin prioritet olduğu vurğulanıb.


