IMG-LOGO

Xarkovda PUA hücumları nəticəsində uşaqlar da daxil olmaqla dörd nəfər ölüb

11 Feb 2026 10:50 6 baxış
IMG

Ukraynanın Xarkov vilayətinin Boqoduxov şəhərində Rusiya silahlı qüvvələrinin hücumları nəticəsində dörd nəfər həlak olub.

"Report" xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri Fövqəladə Hallar Xidmətinə istinadən məlumat yayıb.

"Rusiya hərbçiləri pilotsuz uçuş aparatı ilə Boqoduxov şəhərinin fərdi ev sektoruna hücum edib. Zərbə tamamilə dağılmış yaşayış evinə dəyib. 60 kv. m sahədə yanğın baş verib. Nəticədə dörd nəfər - iki yaşınadək üç uşaq və bir kişi ölüb", - məlumatda bildirilib.

Xəbər lenti