IMG-LOGO

Azərbaycanlıların apardığı ət və süd məhsulları məhv edildi

28 Jul 2026 09:23 2 baxış
IMG
0 0

Rusiyanın Nijnevartovsk Beynəlxalq Hava Limanında “Rosselxoznadzor” idarəsinin əməkdaşları altı ay ərzində 152 kiloqramdan çox təhlükəli ət və süd məhsulu aşkarlayaraq məhv edib.

Lent.az yerli mediaya istinadla bildirir ki, qurumun açıqlamasında şəxsi istifadə məqsədilə gətirilən, sənaye üsulu ilə istehsal olunmayan və zavod qablaşdırması olmayan 152,7 kiloqram heyvandarlıq məhsulunun ölkəyə gətirilməsinin qarşısı alındığı qeyd olunub. “Rosselxoznadzor”un iddiasına görə, idxalı qadağan olunan məhsullar müsadirə edilərək məhv olunmağa göndərilib.

Məlumata görə, məhsullar Özbəkistan və Azərbaycandan sərnişinlərin baqajında və əl yükündə gətirilib. Qaydaları pozan şəxslər barəsində inzibati işlər açılıb.

Hadisələr azərbaycanlı Rusiya

Mənbə: lent.az

Xəbər lenti