IMG-LOGO

Ceyranbatanda yanğın, sakinləri təxliyə edilir

28 Jul 2026 00:44 4 baxış
IMG
1 0

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yerləşən Ekopark yaşayış kompleksində yanğın baş verib .

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisədən dərhal sonra əraziyə  Fövqəladə Hallar Nazirliyinin briqadaları cəlb olunub.

Hazırda təhlükəsizlik tədbirləri çərçivəsində yaşayış kompleksinin sakinləri təxliyə edilir.

İlkin olaraq yanğının binanın girişindəki elektrik naqillərində baş verdiyi bildirilir

Faktla bağlı araşdırma aparılır.

yanğın Ceyranbatan

Mənbə: lent.az

Xəbər lenti