IMG-LOGO

Güclü külək daha 2 nəfəri xəstəxanalıq etdi

27 Jul 2026 17:58 4 baxış
IMG
1 0

Küləkli hava şəraiti ilə əlaqədar baş vermiş hadisə nəticəsində iki nəfər yaralanıb.

Bu barədə Lent.az-a Səhiyyə Nazirliyindən xəbər verilib.

Bildirilib ki, güclü küləyin təsiri nəticəsində aşan ağacın altında qalan 65 yaşlı qadın və 28 yaşlı kişi Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya olunub.

Aparılan müayinələr nəticəsində qadın pasiyentə sağ mil sümüyünün distal ucunun oynaqdaxili sınığı diaqnozu qoyulub. Həkimlər tərəfindən zəruri tibbi yardım göstərilib və sınıq gips longetlə fiksasiya olunub.

Digər psiyentə sol pəncənin 3 cü barmagın kəsilmiş yarası diaqnozu müəyyən edilib. Yara 1 cili  işlənib və aseptic sargı qoyulub.

Pasiyentlərin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb. Onlara ev şəraitində müalicə və tibbi nəzarətlə bağlı müvafiq tövsiyələr verilib.

Vətəndaşlara küləkli hava şəraitində iri ağacların, köhnə tikililərin və təhlükə yarada biləcək digər konstruksiyaların yaxınlığında dayanmamaq, zərurət olmadıqda isə açıq havada uzun müddət qalmamaq tövsiyə olunur.

Hadisələr güclü külək küləyin fəsadları

Mənbə: lent.az

Xəbər lenti