Bakıda evdən meyit tapılıb.
Lent.az xəbər verir ki, hadisə Səbail rayonu, Bayıl qəsəbəsi, E.Əzizov küçəsi ev 65 ünvanında qeydə alınıb.
Araşdırmalar zamanı meyit tapılan şəxsin elə həmin ünvanda yaşayan, 1995-ci il təvəllüdlü Qardaşxan Rafiq oğlu Hüseynli olması müəyyən edilib.
O, əsəb xəstəliyindən əziyyət çəkirmiş. Həmçinin onun içki aludəçisi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
HadisələrMənbə: lent.az